Bu şəxslər ABŞ-da deportasiya olundu

deportasiya
deportasiya

Donald Trampın inaqurasiyasından sonra qəbul edilən qərara əsasən, qanunsuz olaraq ölkəyə daxil olan immiqrant qruplarının bir hissəsi ölkədən deportasiya edilib. AzPost APA-ya istinadla xəbər verir ki, bu barədə Ağ Evin sosial media hesablarında paylaşım edilib.

“ABŞ Prezidenti Donald Trampın söz verdiyi kimi, qanunsuz immiqrasiya ilə bağlı sərt tədbirlər həyata keçirilir. ABŞ-yə qanunsuz daxil olan şəxslərin ciddi nəticələrlə üzləşəcəyi barədə dünyaya güclü mesaj göndərilib,”- postda qeyd olunub.

Tramp administrasiyası artıq qanunsuz immiqrantların deportasiyasına start verib və bu prosesin geniş miqyasda davam etdiriləcəyi bildirilir.

Xatırladan ki, ABŞ daxili təhlükəsizlik naziri səlahiyyətlərinin icraçısı Benjamin Hafman öz qeydlərində Federal Təhqiqat Bürosunun agentlərinin də miqrantları saxlamaq səlahiyyətinə malik olduğunu qeyd edib.

“The Wall Street Journal” qeyd edib ki, adətən DEA və ATF əməkdaşları silah və ya narkotik maddələrlə bağlı cinayətlər istisna olmaqla, deportasiya məsələləri ilə məşğul olmurdular. Marşal Xidməti isə federal axtarışda olan şəxslər miqrasiya qanunvericiliyinin pozulmasında iştirak etdikdə cəlb olunurdu.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Narkotiklərlə Mübarizə İdarəsinə (DEA) yeni səlahiyyət verib. Belə ki,  spirtli içkilər, tütün, odlu silah və partlayıcı maddələrə nəzarət bürosuna (ATF) və Marşal Xidmətinə qeyri-qanuni miqrantları deportasiya edə bilər.

Prezident Donald Tramp jurnalistlərə müsahibəsində deyib ki, “Deportasiya çox yaxşı gedir. Biz dəhşətli, qatı cinayətkarlardan qurtuluruq. Onlar qatillərdir, insanların ən pisi. Biz əvvəlcə onlardan qurtuluruq”, – Tramp jurnalistlərin sualını cavablandırarkən deyib.

Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. ABŞ lideri bildirib ki, bu, qeyri-qanuni mühacirlərin ölkəyə fəlakətli hücumunu dəf etmək üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.