ABŞ dövlət katibi yenidən İlham Əliyevlə danışmaq istəyir –Dövlət Departamentindən açıqlama

ABŞ dövlət katibi Blinken Azərbaycan və Ermənistan liderləri ilə yenidən danışmaq niyyətindədir.

Azpost.info bildirir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays açıqlama verib.

“Regiondakı vəziyyətlə bağlı Blinken Azərbaycan və Ermənistan liderləri yenidən təmas qurmağı planlaşdırır”-deyən Prays bildirib ki, dövlət katibi bu günlərdə hər iki ölkə rəhbəri ilə söhbət edib. “Yaxın vaxtlarda onun yenidən belə imkanı olacaq”.

Prays atəşkəs rejiminə riayət edilməsini alqışladıqlarını bildirib.  “Biz yenidən möhkəm sülhün əldə olunması üçün işi davam etdiririk. Bu məsələnin hərbi həll yolu yoxdur”-deyə Prays vurğulayıb.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.