ABŞ HƏMAS-la əlaqəli təşkilatlara yeni sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Fələstinin HƏMAS hərəkatı və “İslami Cihad” qruplaşması ilə əlaqəli fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, sanksiyalar Böyük Britaniya ilə də razılaşdırılıb.

Məqsəd beynəlxalq maliyyə sistemini HƏMAS və onun əməkdaşları tərəfindən sui-istifadələrdən qorumaqdır.

ABŞ maliyyə naziri Canet Yellen qeyd edib ki, Vaşinqton HƏMAS-ın vəhşiliklər törətmək imkanını məhdudlaşdırmaq üçün tərəfdaşları ilə işləməyə davam edəcək.

“HƏMAS-ın hərəkətləri sübut etdi ki, terrorizm təkbaşına baş vermir. Biz tərəfdaşlarımızla HƏMAS-ın maliyyə infrastrukturunu məhv etmək, onu kənardan maliyyələşdirmədən məhrum etmək və yeni maliyyə kanallarını bloklamaq üçün qətiyyətlə hərəkət edirik”, – Yellen deyib.

Azpost.info

Əvvəlki məqalə

Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandıracaq

Sonrakı məqalə

Göyçaylı usta Baş prokuror Kamran Əliyevlə tələbəlik illərindən danışdı –