Bloomberg kanalının verdiyi məlumata görə, Amerikanın ən zəngin şəhəri San Fransikodan bir saatlıq məsafədə yerləşir. Bu şəhərdə minimum 2 min ailə yaşayır. Fox News isə yazır ki, 10 zəngin şəhər əsasən meqapolislər yaxınlığında yerləşir. İkinci, üçüncü və digər şəhərlər Nyu-Yorkdan cəmi bir saatlıq məsafədə olan, sonuncusu isə Çikaqo yaxınlığında yerləşən şəhərdir.
  1. İllinoys ştatının Qlenko şəhəri
Qlenkoda ailə üçün orta gəlir: $339 883 İllinoys ailəsinin orta gəliri: $61 229 Çikaqodan 33.1 km-lik məsafədə yerləşən Qlenkoda əhali sayı 9 mindir.
  1. Nyu-York ştatının Bronksvil şəhəri
Bronksvildə ailə üçün orta gəlir: $340 448 Nyu-York ştatında orta gəlir: $62 765 Nyu-Yorkdan 24.14 km-lik məsafədə yerləşən Bronksvildə 6200 nəfər yaşayır.
  1. Konnektikut ştatının Dariyen şəhəri
Dariyendə ailə üçün orta gəlir: $341 090 Konnektikutda orta gəlir: $73 781 ABŞ-ın əhalinin siyahıya alınma börosunun bildirdiyinə görə, 20 732 nəfərin məskunlaşdığı bu şəhər Nyu-Yorkdan bir saatlıq məsafədə yerləşir.
  1. Texas ştatının Haylend-Parkşəhəri
Haylend-Park ailə üçün orta gəlir: $358 994 Texasda orta gəlir: $57 051 Haylend-Park Dallas şəhərindən 5.85 km-lik məsafədə yerləşir və əhali sayı 8900 nəfərdir.
  1. Nyu-Cersi ştatının Şort-Hills şəhəri
Şort-Hillsdə ailə üçün orta gəlir: $367 491 Nyu-Cersidə orta gəlir: $76 475 ABŞ-ın əhalinin siyahıya alınma börosunun bildirdiyinə görə, 13 163 sakini olan bu şəhər ötən il Bloomberg tərəfindən ABŞ-ın beşinci ən zəngin şəhəri adlandırılmışdı.
  1. Kaliforniya ştatının Hillsboro şəhəri
Hillsboroda ailə üçün orta gəlir: $373 128 Kaliforniyada orta gəlir: $67 169 Hillsboro San Fransisko yaxınlığında yerləşir.
  1. Kaliforniya ştatının Los-Altos-Hills şəhəri
Los-Altos-Hillsdə ailə üçün orta gəlir: $386 174 Kaliforniyada orta gəlir: $67 169 Los-Altos-Hillsin sahəsi 23.3 kv-km-dir. 1956-cı ildə salınan şəhərdə 8000 adam yaşayır.
  1. Kolorado ştatının Çerri-Hils-Villic şəhəri
Çerri-Hils-Villic ailə üçün orta gəlir: $394 259 Koloradoda orta gəlir: $65 458 Şəhər Denver yaxınlığında 1945-ci ildə salınıb.
  1. Nyu-York ştatının Skarsdeyl şəhəri
Skarsdeyldə ailə üçün orta gəlir: $417 335 Nyu-York ştatında orta gəlir: $62 765 Skarsdeyl Nyu-Yorkdan bir saatlı məsafədə yerləşir. Bloomberg-in məlumatına görə, bu şəhər illik gəlirlərin 30 min dollar artması ilə bir pillə irəliləyib.
  1. Kaliforniya ştatının Aterton şəhəri
Atertonda ailə üçün orta gəlir: $450 696 Kaliforniyada orta gəlir: $67 169 Bu şəhər artıq üçüncü ildir ki, birinciliyini saxlayır. 1923-cü ildə salınan şəhərdə 6995 nəfər yaşayır. (Amerikanın Səsi)