ABŞ-ın keçmiş səfiri xarici kəşfiyyata işləmək ittihamı ilə həbs edilib

ABŞ-ın Boliviyadakı keçmiş səfiri Manuel Roça Kuba kəşfiyyatına işləmək ittihamı ilə Mayamidə həbs edilib.

Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” iki mənbəyə istinadən məlumat yayıb.

73 yaşlı keçmiş diplomat Fedral Təhqiqatlar Bürosunun uzun sürən araşdırmasından sonra saxlanılıb.

Agentliyin mənbələrindən biri bildirib ki, Roça Kuba hökumətinin maraqlarını təbliğ etməkdə ittiham olunur.

Federal qanun tələb edir ki, ABŞ ərazisində xarici hökumətin və ya təşkilatın siyasi sifarişlərini yerinə yetirən şəxslər Ədliyyə Nazirliyində qeydiyyatdan keçsinlər. Son illər agentlik qeyri-qanuni xarici lobbiçiliklə bağlı cinayət təqibini gücləndirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.