ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Azərbaycana gəlib

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Azərbaycanda səfərdədir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Bakıya səfəri çərçivəsində Luis Bono Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.

ABŞ diplomatı həmçinin Ermənistan və Gürcüstana da səfər edəcək.

Əvvəlki məqalə

Bəşər Əsəd yaxın günlərdə Rusiyaya səfər edəcək

Sonrakı məqalə

Prezident İlham Əliyev Macarıstandan gələn naziri qəbul edib