ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlib

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Filip Riker Azərbaycana gəlib.

Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

“ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker sentyabrın 13-14-də Azərbaycanda səfərdə olacaq. Səfir Riker ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönələn Azərbaycan-Ermənistan diplomatik səylərinə dəstəyini müzakirə edəcək”, – məlumatda deyilir.

Əvvəlki məqalə

Kiyev Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsini dərc etdi

Sonrakı məqalə

Ceyhun Bayramovun Ermənistanla bağlı məktubu BMT sənədi kimi yayılıb