ABŞ Maliyyə Nazirliyi 100 gəmini yoxlayacaq- Anti-Rusiya sanksiyaları ilə bağlı

ABŞ Maliyyə Nazirliyi ixrac üçün Rusiya neftini daşıya biləcək 100 gəmi haqqında məlumat tələb edib. 30 xarici firmaya müvafiq bildirişlər göndərilib ki, bu da Vaşinqtonun ən böyük belə addımıdır.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik mənbələrə istinadən yazır ki, ABŞ hərtərəfli araşdırmaya başlayıb. Bəzi gəmilər Finlandiya körfəzi sahillərində Uzaq Şərqin Kozmino və Primorsk limanlarından neft yükləməkdə şübhəli bilinir.

Ölkənin Maliyyə Nazirliyi hələlik müvafiq məlumatı şərh etməyib, lakin qeyd edib ki, Vaşinqton neftin qiymətinin yuxarı həddini saxlamağa sadiqdir.

Azpost.info

Əvvəlki məqalə

TƏBİB tabeli 78 tibb müəssisəsində laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb

Sonrakı məqalə

Parlament Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyəcək