ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə nazirinə zəng vurub və Vaşinqtonun dəstəyini bəyan edib.
Azpost.info bildirir ki, bu barədə nazir paylaşımında bildirib.
“Bu gün mən İsrailin müdafiə naziri Qalanta zəng edərək, ABŞ qüvvələrinin mövqelərindəki dəyişikliklər barədə məlumat verdim. İsrailin müdafiəsinə qəti dəstəyimi bir daha təsdiqlədim”-deyə Ostin vurğulayıb.
Onun sözlərinə görə, bölgəyə bu gün gələn Amerika F-22 Raptors qırıcıları təcavüzün qarşısını almaq və İsraili və ABŞ ordusunu bölgədə qorumaq üçündür: “Mən həmçinin Qəzzada girovların azad edilməsinə imkan verəcək atəşkəsin əldə edilməsinin vacibliyini vurğuladım”.