“ABŞ Qəzzadakı münaqişənin Livana sıçramasını istəmir”- İsrailə "Hizbullah"la bağlı XƏBƏRDARLIQ

Pentaqon rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantı Livanın “Hizbullah”la müharibəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Azpost.info xəbər verir ki,bu barədə üç İsrail və ABŞ rəsmisi “Axios”a bildirib.

Onların sözlərinə görə, Ostindən xəbərdarlıq telefon danışığı zamanı gəlib. Pentaqon rəhbəri həmçinin Qalantdan İsrailin Livana son zərbələrinə aydınlıq gətirməsini istəyib.

Ağ Ev də Ostindən israilli həmkarına xəbərdarlıq göndərməsini istəyib. ABŞ administrasiyası İsrailin “Hizbullah”ı fəal hərəkətə keçirməyə və Livanda daha geniş müharibə üçün bəhanə yaratmağa çalışmasından narahatdır.

Qallant Ostini əmin edib ki, İsrailin siyasəti Livanda ikinci cəbhə açmaq deyil. O, bunun baş verəcəyinə də şübhə etdiyini bildirib. Bununla belə, o qeyd edib ki, “Hizbullah” hücumlarını artırır və “atəşlə oynayır”.

ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hoxşteyn ötçən həftə Livana səfər edib. Mənbələrdən biri bildirib ki, ölkə parlamentinin spikeri N.Berri və digər Livan rəsmiləri vasitəsilə o, “Hizbullah”a İsraillə sərhəddə vəziyyəti gərginləşdirməmək üçün xəbərdarlıq edib.

Hoxşteynin əsas mesajı ABŞ-ın Qəzzadakı münaqişənin Livana sıçramasını istəməməsi və İsrail-Livan sərhədində sakitliyin bərpa edilməsinin həm Livan, həm də İsrail üçün ən yüksək prioritet olması olub.

Azpost.info

Əvvəlki məqalə

Ramzan Kadırov 18 yaşlı böyük oğlunu nazir müavini təyin edib

Sonrakı məqalə

ADY bu il 6 milyonadək sərnişinə xidmət edib