ABŞ səfirliyi 18 oktyabr - dövlət müstəqilliyi günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib. “Yenidən əldə olunmuş müstəqilliyin 28-ci il dönümü ilə əlaqədar olaraq Azərbaycan xalqını təbrik edirik. Bu münasibətlə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırırlar”, - deyə qeyd olunub.