ABŞ səfirliyi Azərbaycanın Müstəqillik Gününü təbrik edib

ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Təbrikdə deyilir:

“Bu il biz Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 30 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik.

Sözügedən səylərlə yanaşı biz Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiq qalırıq. Birləşmiş Ştatlar adından mən Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm!”

Əvvəlki məqalə

Taliblərlə İran sərhədçiləri arasında atışma olub

Sonrakı məqalə

“Britaniya Azərbaycanın yanındadır” –