ABŞ səfirliyi yeni bina tikmək üçün Bakıda torpaq almaq istəyir

ABŞ Azərbaycandakı səfirliyi üçün yeni bina tikməyə Bakıda torpaq sahəsi almaq niyyətindədir. 

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin sözçüsü  Alys Spensley Gununsesi.info-ya açıqlamasında deyib.

Qeyd edək ki, ABŞ Azərbaycanda yeni səfirlik binası inşa etməsi üçün bir neçə dəfə torpaq sahəsi almaq istəsə də bir sıra səbəblər üzündən baş tutmayıb.

Alys Spensley bildirilib ki, ABŞ hökuməti bu istəyində qalır: “Bəli, biz Azərbaycanla diplomatik münasibətlərin 30 illiyini qeyd edərkən, Bakıda yeni səfirlik binası ilə bağlı real irəliləyiş əldə etməyi səbirsizliklə gözləyirik”.

Əvvəlki məqalə

İranda yenə zəlzələ olub, Naxçıvanda hiss edilib

Sonrakı məqalə

NATO Baş katibi ordunun son uğurlarına görə Zelenskini təbrik edib