Son dövrlərdə Azərbaycana qarşı bir sıra qeyri-obyektiv qətnamələr qəbul edilib. Bir sənəd də ABŞ Senatı tərəfindən qəbul olunub.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, Senatın aktında bölgədən könüllü getmiş ermənilərin zorla getdiyi iddia edilir. Bu, BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinə ziddir.