ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard dollar məbləğində maliyyə yardımı paketinin ayrılmasına dair qanun layihəsini təsdiqləyib,
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Təsdiq qanun layihəsini növbəti səsvermə üçün Nümayəndələr Palatasına təqdim etməyə imkan verir.
Bununla belə, Qərb analitikləri hesab edirlər ki, son nəticədə Nümayəndələr Palatasının üzvləri qanun layihəsini təsdiq etməyəcəklər.
Qanun layihəsi minimum 60 səs baryerini keçməli idi. Onun lehinə 70, əleyhinə isə 29 səs toplanıb.
Azpost.info