Davosda keçirilən forumu çərçivəsində Ukrayna lideri Vladimir Zelenski ilə keçiriləcək görüşlərdə Kiyevin cəbhədəki strategiyasını dəyişdirməyin zəruriliyi ilə bağlı mesaj veriləcək.
Azpost.info bildirir ki, bu barədə Bloomberg yazır.
Nəşr iddia edir ki, Vaşinqton Kiyevin hərbi strategiyasını hücumdan müdafiəyə dəyişməyə məcbur etmək istəyir. ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Zelenskiyə çatdıracağı mesaj məhz budur. Eyni zamanda, Ukrayna lideri Sallivan vasitəsilə kömək istəmək niyyətindədir.
KİV-in məlumatına görə, Kiyev yalnız o halda müdafiəni həyata keçirməyə hazırdır ki, Vaşinqton və onun müttəfiqləri lazımi maliyyə dəstəyini davam etdirsinlər.
Agentlik həmçinin vurğulayır ki, Ukraynanın əks-hücum əməliyyatının uğursuz olması Vaşinqtonu məyus edib. Məqalədə deyilir: “Ruslar müdafiə xəttini çox yaxşı qurublar, ukraynalılar isə çoxlu əsgər itirib və çoxlu sursat istifadə ediblər”.
Azpost.info