Acun Yıldız Tilbənin xahişinə rədd cavabı verib

16 Aprel 2020 - 09:50

Türkiyəli müğənni Yıldız Tilbe televiziyada musiqili proqramda aparıcılıq etmək istəyir.

Axşam.az xəbər verir ki, sənətçi Tv8 telekanalının sahibi Acun Ilıcalıya təklif etdiyini, ancaq rədd cavabını aldığını bildirib.

Y.Tilbe “Twitter” hesabında “İstəyənin bir üzü qara, verməyənin iki üzü” şərhini qeyd edərək “TRT Müzik” kanalına müraciət edib.

Müğənni hələ ki, cavab almayıb.