ADMİU nəzdində Humanitar Kollec Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyini “Sənətin bir əsri” adlı konsert proqramı ilə qeyd edib.
ADMİU nəzdində Humanitar Kollecin müəllim və tələbələrinin iştirakı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100illik yubileyinə həsr olunmuş “Sənətin bir əsri” adlı konsert keçirilib.
Tədbirdə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, universitetinin professor-müəllim heyəti,incəsənət xadimləri, kollecin müəllim və tələbə heyəti iştirak ediblər.
Kollecin girişində “Dekorativ tətbiqi incəsənət və xalq sənəti” ixtisası tələbələrinin əl işləri sərgilənib.
Tədbir ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri Ansamblının ifasında “Əhsəni” rəqsi ilə başlayıb. Daha sonra Kollecin direktoru, dosent Nərmin Qaralova Universiteti 100illik yubiley münasibətilə təbrik edərək bildirib ki, “Universitet ilə Kollec arasında böyük əlaqələr var… Kollecin çox məzunları , tanınmış simaları,sənət adamları var ki, hazırda Universitetdə çalışırlar.Kollecin 40-dan çox əməkdaşı universitetinin məzunlarıdı. Bu ənənə indidə davam etdirilir ,bizim yeni məzunlarımızda təhsillərini Universitetdə davam etdirir…”
Konsertdə kollecin “Aşıq sənəti” ixtisası müəllimləri Sənan Mustafayev, Xatirə Kərimova, Xavər Hüseynova, Orxan Rüstəmli və tələbələrindən ibarət Aşıq qrupu Şirvan müxəmməsi, Bəhri Divavi( müşaiyət ediblər: balabanda Orxan Soltanov, nağarada Murad Nağızadə), “Xanəndə ixtisası” müəllimi Yaqut Xəlilzadə və lll kurs tələbəsi Xədicə İsmixanova “Azərbaycan” (mus.: M.Nağıyev, söz: A.Səlimov), lllkurs tələbəsi Rübabə Əkbərova “Hələ nəğməm var mənim”(mus.: Ə.Tağıyev, söz: M.Gülgün), “İnstrumental ifaçılıq” ixtisası müəllimi Lala Qafarova(violin) və tələbələri Əliyeva Solmaz, Şahbalayeva Jalə, Şükürov Tacir, Fərəcli Elvira, Zeynalova Humay və kollecin konsertmeyster müəllimi İlahə Salmanzadənin( fortepiano) müşaiyətində lll kurs tələbəsi Zaur Əzimli “Azərbaycan” (mus.: M.Maqomayev, söz: B.Vahabzadə), ll kurs tələbəsi Sevda Əşrəfova “Mehriban olaq” (mus.: Ş.Axundov, söz: İ.Coşqun), Əmrah Orucov(ud) və Murad Nağızadə(nağara) müşaiyətində lll kurs tələbəsi Əyyub Ramazanov “Etməzmidim” (mus.: C.Cahangirov, söz: M.Füzuli), “Nağara” ixtisası müəllimi Murad Nağızadə və tələbələri Elnur Səfərliyev, Abdullayev Nihat Azərbaycan ritmləri, lV kurs tələbəsi Amin Bayramov “Girdim yarın bağçasına” (Xalq mahnısı), lV kurs tələbəsi Rəvan Məmmədov və ll kurs tələbəsi Sevda Əşrəfova “İrəvanda xal qalmadı” (mus.,söz:C.Qaryağdıoğlu), lll kurs tələbəsi İsmayıl Hüseynov “Al məndən gülüşlərini” (mus.: E.Sabitoğlu, söz: N.Xəzri),
Yaqut Xəlilzadə, Xədicə İsmixanova, Zaur Əzimli ” Yaşa, yaşa Azərbaycan!” (mus.: R.Məmmədov, söz: C.Qurbanov), kollecin xor kollektivi(xormeystr: Səidə Nəsirova, fortepianoda müşaiyət edir:Samirə Ağayeva ) “İncəsənət” (mus.:E.Sabitoğlu, söz: P.Qurbanlı) müsiqi nömrələrini səsləndiriblər.
Musiqi nömrələrinin arasında universitetinin müxtəlif illərdə məzunu olmuş və hal hazırda ADMİU nəzdində Humanitar Kollecdə müxtəlif vəzifələrdə çalışan məzunları Yasir Haciyev, Goyçek Mustafayeva, Zülfiyyə Dəvəliməhəmməd, Nazike Qardaşbeyova, Metanet Aslanova, Aytac Əhmədli tələbəlik illərinin xatirələri ilə bölüşüblər. Eləcə də ADMİU nəzdində Humanitar Kollecdə təhsil almış və hal hazırda ADMİU-də təhsil alan tələbələr öz səmimi ürək sözlərini ifadə ediblər.
Tədbirin sonunda ADMİU-nun rektoru, professor Ceyran Mahmudova çıxış edərək, kollecin bütün heyətinə, əməyi keçən hərkəsə təşəkkürünü bildirib, eləcə də kollecin girişində sərgilənən rəsm əsərlərini və konsert proqramını yüksək qiymətləndirib və kolleci universitetdən ayırmadığını söyləyib.
Azpost.info