Ağ Ev Ankarada Rusiya-ABŞ danışıqlarının məqsədini- AÇIQLADI

“Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Ankarada görüş keçirib”.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Bloomberg”ə müsahibəsində bildirib.

“Ankara iki dövlət arasında təhlükəsizlik məsələlərində ünsiyyəti qoruyub saxlamalıdır”, – Kirbi deyib.

O qeyd edib ki, Börns Narışkinlə təhlükəsizliyin gələcəyinə təsir edən məsələlərdə Rusiya tərəfi ilə əlaqə kanallarının açıq saxlanılmasını müzakirə edib: “Ankarada keçirilən görüşdə söhbət Rusiya ilə açıq qalan adi kommunikasiya kanallarından gedirdi. ABŞ hər hansi səhv hesablamanın qarşısını almaq üçün Rusiya ilə dialoq aparmalıdır”.

CNN isə ABŞ Milli Təhlükəsizlik Şurasının adının açıqlanmasını istəməyən nümayəndəsinə istinadən xəbər verib ki, Uilyam Börns və Sergey Narışkin Türkiyədə görüş zamanı Rusiyanın nüvə silahından istifadəsinin nəticələrini müzakirə ediblər. Həmçinin Rusiyada saxlanılan ABŞ vətəndaşları məsələsinə toxunublar.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident albaniyalı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb

Sonrakı məqalə

Məktəbli qızlar arasında təhsillə bağlı sorğu keçirilib