“Ağ Ev Pelosinin açıqlamalarına aydınlıq gətirməlidir” –Türkiyənin Vitse-prezidenti

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərində tarixi və aktual həqiqətlərlə əlaqəsi olmayan, xoş niyyətdən tam uzaq, qərəzli baxışı əks etdirən və diplomatik səyləri sabotaj edən açıqlamaları qəbuledilməzdir.

Bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib ki, Ağ Ev erməni diasporunun səslərinə göz qırpdığı açıqca bəlli olan Pelosi və lobbi tərəfindən dəstəklənən bir neçə siyasətçinin Qarabağ məsələsinə dair açıqlamalarının ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirməlidir.

“Bölgədə davamlı barış və stabilliyə şiddətlə ehtiyac duyulan bir vaxtda bütün beynəlxalq aktorları məsuliyyətli davranmağa dəvət edirəm. 30 ildir haqsız və hüquqsuz bir şəkildə işğal altında saxlanılan Ana Vətən torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik”, – o vurğulayıb.(APA)

Əvvəlki məqalə

Nüsrət Kəsəmənlinin Vətən Müharibəsində döyüşmüş nəvəsinə niyə teatrda iş verilmir?

Sonrakı məqalə

“Dünyada vəziyyət getdikcə mürəkkəbləşir”