Ermənistanın dövlət rəmzlərinin taleyini referendumda vətəndaşlar müəyyən etməlidir.
Ölkənin gerbində Ağrı dağının təsvirinin çıxarılması ehtimalı ilə bağlı suala Baş nazir Nikol Paşinyan belə cavab verib.
Azpost.info xəbər verir ki, Paşinyan bu barədə noyabrın 26-da hökumətin iclasından sonra keçirilən ənənəvi brifinqdə danışıb.
Onun sözlərinə görə, Ermənistanın yeni Konstitusiya layihəsində dövlət rəmzlərinin referendum çərçivəsində qəbul ediləcək ayrıca qanunla müəyyənləşdirilməsi nəzərdə tutulur. Bununla belə, hakimiyyətin dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı hazırda konkret təklifləri yoxdur.
“Vətəndaşlar öz bayraqlarının, gerblərinin və himnlərinin hansı olmasını özləri müəyyən etməlidirlər”, – Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, əgər vətəndaşlar hazırkı dövlət rəmzlərini dəstəkləsələr, onlar dəyişdirilməyəcək.