Aİ bu avtomobillərin satışına qadağa qoyacaq– Razılıq əldə olundu

Bu gün Avropa İttifaqı Şurası (Aİ-yə üzv dövlətlərin hökumətlərinin nazirlər şurası) iqlim dəyişikliyi ilə mübarizə və istixana qazlarının emissiyalarının azaldılmasına yönəlmiş yeni tədbirlər paketini razılaşdırıb.

Azpost.info xəbər verir ki, qərara uyğun olaraq, 2035-ci ilə qədər Aİ-də yalnız daxili yanma mühərriki olan yeni avtomobillərin satışı qadağan ediləcək.

Bu cür planlar Avropa İttifaqında çoxdan müzakirə olunur və artıq bir çox avtomobil istehsalçıları yeni standartlara keçid üçün hazırlığa başlayıblar.

“Enerji və iqlim keçidi iqtisadiyyatın hər bir sektorundan və hər bir Avropa İttifaqı ölkəsindən səy tələb edəcək. Şura indi tədbirlər paketini yekunlaşdırmaq üçün Avropa Parlamenti ilə danışıqlara başlamağa hazırdır”, – Fransanın enerji keçidi naziri Agnes Panye-Ryunaşer bildirib.

Azpost.info

Əvvəlki məqalə

70 ölkədən quşçuluq məhsullarının gətirilməsi məhdudlaşdırılıb

Sonrakı məqalə

Prezident İlham Əliyev İbrahim Rəisi ilə görüşüb