Aİ liderləri Çinə gedir- Rusiya ilə bağlı tələbləri var

Bir həftədən sonra Aİ liderləri, o cümlədən Avropa İttifaqı Şurası və Avropa Komissiyasının rəhbərləri Şarl Mişel və Ursula fon der Lyayen, eləcə də Avropa diplomatiyasının rəhbəri Jozep Borrel Pekinə səfər edəcəklər.

Azpost.info xəbər verir ki, Çin sədri Si Cinpinlə danışıqların mövzularından biri sanksiyalara məruz qalan Qərb mallarının Çində qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə Rusiyaya tədarükü olacaq.

Avropalı rəsmilər Sidən xahiş edəcəklər ki, Rusiyaya silah istehsalı üçün lazım olan Avropa məhsullarını tədarük edən 13 belə şirkətə nəzarət etsin.

Bu barədə sammitə hazırlıqla tanış olan bir neçə şəxsə istinadən “South China Morning Post” məlumat yayıb. Aİ-nin aparıcı ölkələri, o cümlədən Almaniya və Fransa da bu məsələni birbaşa Çin rəhbərliyi ilə müzakirə etməyi zəruri hesab edir.

Azpost.info

 

Əvvəlki məqalə

“Peyvəndlənmə övladlarımızın həyat sığortasıdır”

Sonrakı məqalə

“Azəriqaz”a heç bir borcumuz yoxdur” –