Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar 25-26 noyabr tarixlərində Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli müntəzəm məsləhətləşmələr aparmaq üçün bu axşam Bakıya gəlir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Toivo Klaarın ofisindən bildirilib.

Qeyd olunub ki, bu məsləhətləşmələrdə Aİ-Azərbaycan əməkdaşlığının gündəliyi və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunacaq.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.