Aİ Rusiyaya qarşı sayca 15-ci sanksiyalar paketini hazırlayır. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib. “Bəli, biz Rusiyaya qarşı 15-ci sanksiyalar paketini hazırlayırıq”- diplomat qeyd edib. Borrelin sözlərinə görə, Aİ Rusiyanın məhdudiyyətlərdən yayınmasına qarşı tədbirləri sərtləşdirməli və ölkənin sənaye imkanlarını təcrid etməlidir(apa).