Aleksey Navalnı həbsxanada vəfat edib

Aleksey Navalnı cəzaçəkmə müəssisəsində vəfat edib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, Navalnı gəzintidən sonra özünü pis hiss edib, huşunu itirib.

Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında idi.

Yamalo-Nenets Muxtar Dairəsi üzrə FSIN departamenti Aleksey Navalnının koloniyada öldüyü barədə məlumat verib.

“2024-cü il fevralın 6-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı A.A gəzintidən sonra özünü pis hiss edib,  huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib və təcili tibbi yardım briqadası çağırılıb”, – Federal Penitensiar Xidmətincsaytında deyilir.

“Bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib, lakin müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır”, – Federal Penitensiar Xidmətdən bildirilib.

Əvvəlki məqalə

Ədliyyə naziri vəzifəsinin icrası Azər Cəfərova tapşırılıb –

Sonrakı məqalə

Kremldən Aleksey Navalnının ölümünə reaksiya –