“Alla Puqaçova Rusiyanın gələcək prezidenti ola bilər”- Rusiyalı yazıçı-publisist

“Alla Puqaçova azadlıq simvoludur və Rusiyanın gələcək prezidenti ola bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınan yazıçı-publisist Viktor Şenderoviç deyib.

Onun fikrincə, Puqaçova bir vaxtlar Vladimir Vısotski və Mixail Jvanetskinin olduqları kimi, milyonlarla rusun sülh və birliyinin təcəssümüdür.

Şenderoviç 74 yaşlı ifaçını həm də Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya ilə müqayisə edib.

Şenderoviç 2022-ci ilin yanvarında məhkəmədə mərhum Yevgeni Priqojinə uduzduqdan sonra Rusiyanı tərk edib. O, getməsini başqa səbəblərlə yanaşı, iş adamı Priqojinin ona qarşı məhkəmə iddiası ilə izah edib. Priqojin Şenderoviçin açıqlamalarını informasiya təxribatı adlandırmışdı.

Azpost.info

Əvvəlki məqalə

Şahdağ Turizm Mərkəzi rusiyalılar arasında ən məşhur kurorta çevrilib

Sonrakı məqalə

Məhkəmə Qubad İbadoğlunun şikayətini təmin etməyib