Allahşükür Paşazadə ölkəmizə dəstəyinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib

Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurultay çərçivəsində Səudiyyə Ərəbistanının İslam işləri, vəqflər, çağırış və irşad naziri Şeyx Əbdüllətif bin Əbdüləziz Al-Şeyx ilə görüşündə Azərbaycanın ədalətli mövqeyini davamlı olaraq dəstəklədiyinə görə Krallığa təşəkkürünü bildirib.

Bu barədə Səudiyyə Ərəbistanının “Səbq”, “Əl Mədinə” və s. qəzetlərində dərc olunmuş məqalələrdə qeyd olunub. Bildirilib ki, Allahşükür Paşazadə Azərbaycan xalqının İslam aləminin lideri Salman bin Əbdüləzizin və vəliəhd şahzadə Məhəmməd bin Salmanın daimi dəstəyini hiss etdiyini vurğulayıb.

Səudiyyə Ərəbistanının naziri deyib ki, Azərbaycan Krallıq üçün dost ölkədir və onun rəhbərlik etdiyi nazirlik ölkəmizin uyğun qurumları ilə daha sıx əməkdaşlıqda maraqlıdır. O, Kral Fəhd nəşriyyatının çap etdiyi Qurani Kərimin nəfis nüsxəsini Allahşükür Paşazadəyə təqdim edib.

Əvvəlki məqalə

“Sehirli çubuq nağıllarda olur” –

Sonrakı məqalə

Paşinyan separatçı Araiklə birgə Təhlükəsizlik Şurasının iclasını keçirib