Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb.  Azpost.info bildirir ki, bu barədə Meydan.TV-nin rəhbərlərindən, Almaniyada yaşayan Həbib Müntəzir məlumat yayıb. O bildirib ki, alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib: "Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. Bu şəxslər 3-10 min euro müqabilində Azərbaycandan 20 nəfər mühacir daşıyırlarmış". Həbib Müntəzir qeyd edib ki,  Almaniya polisi tərəfindən saxlanılanlardan 7 nəfərinin adını dəqiqləşdirə bilib: "Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib; İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri; Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini; Abdin Cavadov - Müsavat AKM-in üzvü;  Mehdi Xəlilbəylinin qohumu;  Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri; Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir;  Mehdinin sürücüsü Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil"