Almaniya Ukraynaya 10 “Leopard 1” tankı göndərib

Almaniya Ukraynaya on “Leopard 1” tankı və 20-dən çox özügedən avtomobillər tədarük edib.

Azpost.info -nun məlumatına görə, bu barədə RİA Novosti Almaniya hökumətinin saytına istinadən xəbər verir.

Həmçinin Almaniyadan Ukraynaya tədarük edilən silahların siyahısına “Wisent” zirehli minatəmizləmə maşını və 10 “Vektor” kəşfiyyat PUA-sı əlavə edilib. Bundan əlavə, Almaniya Ukraynaya yarımqoşqulu dörd HX81 traktoru, 16 Zetros yük maşını, 13 MAN TGS yük maşını, əl silahları üçün 1,4 milyon ədəd sursat, mindən bir qədər çox 155 mm-lik döyüş sursatı və 10 min taktiki eynək verib.

Daha əvvəl xəbər verilmişdi ki, Almaniya və bir sıra digər Aİ ölkələri Ukraynaya 20 milyard avroya qədər hərbi yardım göstərilməsinin əleyhinədirlər.

Azpost.info

Əvvəlki məqalə

“Putin Qərb və Zelenski ilə yalnız güc dili ilə danışacaq”

Sonrakı məqalə

Mətbuat Şurası Fransa ilə bağlı etiraz Bəyanatı verib