Almaniyada “Yehova şahidləri” dini icması atəşə tutulub –7 nəfər ölüb, 24 nəfər yaralanıb

Almaniyanın Hamburq vilayətində atışma olub.

TASS xəbər verir ki, bu barədə “Hamburger Morgenpost” nəşri məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 21:00 radələrində olan atışma  Alsterdorf şəhərində baş verib.

Cümə axşamı Almaniyanın Hamburq vilayətinin Alsterdorf şəhər ərazisində yerləşən “Yehova şahidləri” dini təşkilatının yerli mərkəzində atışma nəticəsində həlak olanların sayı 7-yə çatıb, 24 nəfər yaralanıb.

Bu barədə “Bild” qəzeti məlumat yayıb. Yaralananlardan 7-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, atəş açan cinayətkarlar hadisə yerindən qaça biliblər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.