Müsavat Almaniyadakı miqrant həbsləri ilə bağlı açıqlama yaydı:"Araşdırma aparılır, dəqiq məlumat veriləcək”

Almaniyaya Ukraynadan ucuz işçi qüvvəsi gətirilməsi ilə bağlı Almaniyanın bəzi şəhərləridə polis əməliyyatları keçirilib.

Bu zaman bəzi azərbaycanlı miqrantlar da saxlanılıb.

Azpost.info Turan-a istinadən bildirir ki, bu barədə Almaniya mətbuatında məlumat yayılıb. Qeyd edilib ki, biri 49 digəri 57 yaşında olan iki azərbaycanlı miqrant da saxlanılıb. Saxlanılanlardan birini Əlövsət Əliyev olduğu təsdiqlənib. Digərinin Müsavat üzvü Mehdi Xəlilnəyli olması barədə Meydan TV saytı məlumat yayıb.

Saxlanılanların  arasında “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, Müsavatın Avropadakı Koordinasiya Mərkəzinin rəhbəri İlham Həsən, həmçinin fəallar Abdin Cavadov, Rəşad Məmmədov, Elşən Abdullayev və 9 və 14 saylı koloniyanın keçmiş rəhbəri Elçin Əkpərov da olduğu iddia edilib.

Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının noyabrın 13-də Berlinə gedərkən saxlanıldığını Turan-a təsdiqləyib.  Amma digərləri barədə xəbər hələ təsdiqlənməyib.

Müsavat Partiyasının mətbuat xidməti açıqlama yayaraq bildirib ki, İlham Həsənin saxlanması haqında xəbər yalandır.  Açıqlamada həmçinin qeyd edilir ki, sosial mediyada həbs olunduğu bildirilən və müsavatçı kimi qeyd edilənlər arasında, həbsi barədə heç bir məlumat olmayan və Müsavat üzvü olmayan şəxslər də var: “Məsələn, Müsavat üzvü kimi qeyd edilən Rəşad Məmmədov, nəinki Müsavat üzvü DEYİL, uzun müddət Müsavat AKM və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Bizdə olan ilkin məlumata görə, bəzi evlərdə olan axtarışlar və saxlanmalar məhz onun şikayəti əsasında həyata keçirilib. Xüsusilə sosial mediada yayılan məlumatlarla bağlı araşdırmalar davam edir. Yaxın vaxtlarda daha dəqiq məlumatlar veriləcək”. 

“Almaniyada mükəmməl ədalət mühakiməsi sistemi mövcuddur.
Əminik ki, günahı olanlar cəzalarını alacaq hünahsızlar isə sərbəst buraxılacaq. Barəsində nəinki məhkəmə hökmü olmayan, hətta saxlanması barədə məlumatlar dəqiqləşməmiş şəxslər barədə kampaniya başlamağa tələsmək lazım deyil” – deyə açıqlamada bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çox təəssüf ki, bacarmadım”

Sonrakı məqalə

Gürcüstan proporsional seçki sisteminə keçid edir