Almaniyanın “Deutsche Bank”ı Rusiyanın iri banklarının hesablarını bağlayıb

Almaniyanın “Deutsche Bank”ı onunla avroda müxbir hesabı açmış bir sıra Rusiya bankları ilə əlaqələri dayandırıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına maliyyə bazarındakı mənbə bildirib. ““Deutsche Bank Rusiyanın bir sıra iri bankları ilə işləməyi dayandıraraq, onların müxbir hesablarını bağlayıb. Bu cür hərəkətlər xaricə transferlərlə bağlı problemlərə səbəb ola bilər. Bundan əvvəl analoji qərarı “Raiffeisen” qrupu da vermişdi”, – məlumatda deyilir.

Mənbə əlavə edib ki, qərar bir çox iri kredit təşkilatlarına təsir edib. Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyən “Deutsche Bank” 2022-ci ilin martında ölkəni tərk edib.

Azpost.info

Əvvəlki məqalə

AZAL yenə 76 milyon manat zərər eləyib –

Sonrakı məqalə

Putin canlı yayımda vətəndaşların suallarını cavablandıracaq