“Altı NATO ölkəsi Polşaya düşən raketin Rusiyaya aid olmadığı qənaətinə gəlib”- ƏRDOĞAN

“Altı NATO ölkəsi Polşaya düşən raketin Rusiyaya aid olmadığı qənaətinə gəlib”.

Azpost.info xəbər verir ki, bunu G20 sammiti çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, bu barədə ona noyabrın 16-da səhər saatlarında Almaniya kansleri Olaf Şolts məlumat verib.

“Şolts mənə dedi ki, altı NATO ölkəsi müzakirələr aparıb və bunun texniki səhv ola biləcəyi qənaətinə gəlib. Onların fikrincə, bu, Rusiya raketi deyil”, – Ərdoğan bildirib.

Türkiyə prezidenti söhbətin hansı ölkələrdən getdiyini dəqiqləşdirməyib.

Azpost.info

Əvvəlki məqalə

“Tərtər işi” üzrə tutulanların həbs müddəti uzadıldı

Sonrakı məqalə

“Oskar”a namizəd olan Pakistan filmi dindarları qəzəbləndirdi –