AMEA-da Heydər Əliyev Ensiklopediyası hazırlanacaq- İşçi qrupu yaradılıb

Yanvarın 10-da AMEA və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev: dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

Konfrans iştirakçıları Ulu Öndərin AMEA-dakı büstü önünə gül dəstələri qoyub, onun həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”nin çağırışları və Azərbaycan elminin vəzifələri” mövzusunda çıxış edib. İsa Həbibbəyli bugünkü tədbirlə AMEA-da “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlərə start verildiyini söyləyib. O, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətiniz qarşısında tarixi xidmətlərindən, Azərbaycan elminin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Akademik bildirib ki, AMEA-da Heydər Əliyev Ensiklopediyası hazırlanacaq, artıq bu prosesə start verilib və işçi qrupu yaradılıb.

Konfransda “Heydər Əliyev və mətbuat siyasəti”, “Azərbaycanda təbiət elmlərinin və aqrar elmin inkişafında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycanda müasir dövlətçilik ideyaları”, “Heydər Əliyev və Azərbaycan incəsənəti” və digər mövzularda məruzələr dinlənilib.

Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Əvvəlki məqalə

“Naxçıvanda dövlət qurumları İESD-yə qoşulacaq”

Sonrakı məqalə

Rusiya, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü hazırlanır