ANAMA Füzulidə minaya düşən şəxslərlə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli rayonunda baş vermiş mina hadisəsi ilə bağlı növbəti məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, 2 avqust tarixində yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə, 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu rayon xəstəxanasına yerləşdirilib, sağ ayağı baldır nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti stabildir. Baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan 1990-cı il təvəllüdlü Şükürov Yadigar Dilavər oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rövşən Ruslan oğlu xəstəxanada zəruri tibbi müayinələrdən keçirilib. Hər ikisinin vəziyyətləri stabil olaraq dəyərləndirilir, həkim nəzarəti altındadırlar.

ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır.

Əvvəlki məqalə

Aşura günü qanvermə aksiyaları bu ünvanlarda keçiriləcək – SİYAHI

Sonrakı məqalə

“Belçika Rusiyanın 50 milyard avroluq aktivlərini dondurub”