ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılır. Onun vəziyyəti qənaətbəxşdir.

Əvvəlki məqalə

Məhkəmə “Tərtər işi” ilə bağlı DİN-ə müraciət edib

Sonrakı məqalə

Cənubi Koreya bu kateqoriyalı avtomobillərin Rusiyaya tədarükünə qadağa qoydu