“Ankarada Rusiya və ABŞ nüvə silahından istifadə etməmək barədə razılığa gəlib”- ƏRDOĞAN

“Rusiya və ABŞ nümayəndələri Ankarada keçirilən görüşdə nüvə silahından istifadə etməmək barədə razılığa gəliblər”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə kəşfiyyatı ona bildirib ki, hazırda nə ABŞ, nə də Rusiya nüvə silahından istifadə etmək niyyətindədir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün Ankarada görüş keçirdiyini təsdiqləmişdi. Kirbi qeyd etmişdi ki, Börns Narışkinlə təhlükəsizliyin gələcəyinə təsir edən məsələlərdə Rusiya tərəfi ilə əlaqə kanallarının açıq saxlanılmasını müzakirə edib.

CNN isə ABŞ Milli Təhlükəsizlik Şurasının adının açıqlanmasını istəməyən nümayəndəsinə istinadən xəbər vermişdi ki, Uilyam Börns və Sergey Narışkin Türkiyədə görüş zamanı Rusiyanın nüvə silahından istifadəsinin nəticələrini müzakirə ediblər. Həmçinin Rusiyada saxlanılan ABŞ vətəndaşları məsələsinə toxunublar.

Azpost.info

Əvvəlki məqalə

“Tarixin səhifələri” qəzetinin baş redaktoru dələduzluğa görə həbs edilib

Sonrakı məqalə

Sabah hava necə olacaq?