Jurnalist Anna Politkovskayanın qətlinin təşkilində təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilən Sergey Hacıkurbanov həbsdən vaxtından əvvəl çıxıb və Ukraynaya döyüşə göndərilib.
Azpost.info xəbər verir ki, Hacıkurbanovun həbs müddəti 2034-cü ildə başa çatmalı idi.
“Baza” yazır ki, Hacıkurbanov hələ 2022-ci ilin sonunda müharibəyə yollanıb və batalyon komandiri olub.
Sergey Hacıkurbanov Rusiya DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Regional İdarəsinin keçmiş əməliyyatçısıdır. O, 2007-ci ildə jurnalist Anna Politkovskayanın qətlinin təşkilində ittiham olunaraq saxlanılıb. 2009-cu ildə hakimlər heyəti onu günahsız sayıb. Daha sonra Hacıkurbanov qətlin digər təşkilatçısı Sergey Pavlyuçenkovahədə-qorxu gəlməsi işi üzrə yenidən saxlanılıb və jurnalistin qətlini təşkil etməkdə ittiham olunub.
Hacıkurbanov sonadək ifadə verməkdən imtina edib və təqsirsiz olduğunu bəyan edib. O, ittihamın yalnız Pavlyuçenkovun ifadəsinə əsaslandığını, o, Hacıkurbanova külli miqdarda borcu olduğuna görə ona böhtan atdığını iddia edib.
Hacıkurbanovun vəkili Aleksey Mixalçik müvəkkilinin həbsdən vaxtından əvvəl buraxıldığını və Ukraynaya müharibəyə getdiyini təsdiqləyib. Vəkilin sözlərinə görə, Hacıkurbanov əvvəlcə məhbus kimi müqavilə bağlayıb, indi isə hərbi əməliyyatlarda mülki hərbçi kimi iştirak edir.
Azpost.info