Anti-Azərbaycan mahiyyəti daşıyan addımlar regionda silah yarışına rəvac verəcək- PREZİDENT

Xəbər verdiyimiz kimi aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Prezident İlham Əliyev telefon danışığı zamanı qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub.

Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Əvvəlki məqalə

Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb

Sonrakı məqalə

“İran İsraillə, Birləşmiş Ştatlarla müharibədə maraqlı deyil”