Apreldə Türkiyədə ən çox şirkət açan ruslar olub –Azərbaycan neçənci yerdədir? (RƏQƏMLƏR)

2022-ci ilin aprelində Türkiyədə şirkət quran əcnəbilər arasında birinci yeri ruslar tutub.

Azpost.info xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti Türkiyə Ticarət Palataları Birliyinə istinadən yazıb. Əgər mart ayında Türkiyədə 64 Rusiya şirkəti qeydə alınmışdısa, apreldə bu rəqəm 136 olub.

Aprel ayında Türkiyədə ümumilikdə 1650 xarici şirkət təsis olunub. Rusiyadan sonra ikinci sırada İran gəlir. Apreldə bu ölkənin vətəndaşları Türkiyədə 120 şirkət yaradıblar. Digər aparıcı ölkələr arasında Suriya (52 şirkət), Almaniya (49), Azərbaycan (35), Pakistan (29), ABŞ (25), Ukrayna (22) var. Ticarət Palataları Birliyinin statistikasına görə, aprel ayında Türkiyədə qurulan şirkətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25,5 faiz artıb.

Azpost.info

Əvvəlki məqalə

Zelenski ilə Conson arasında telefon danışığı olub

Sonrakı məqalə

“Tarixi Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiqlik zirvəsinə ucaltdı” –