Arif Hacılı Müsavat başqanlığına namizəd oldu –

AÇIQLAMA
30 Sentyabr 2019 - 15:40

Arif Hacılı Müsavat başqanlığına namizədliyini irəli sürüb.

Azpost.info bildirir ki, bu barədə A.Hacılı məlumat verib.

Müsavat Partiyası başqanllğına namizədliyimi irəli sürdüm. Sabahdan seçki kampaniyasına başlayıram. Platformamı elan edəcəm. Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq. Əsas hədəfimiz şəffaf, nümunəvi bir qurultay keçirmək, cəmiyyətə yeni seçki ənənələri təqdim etməkdir”.

O, qeyd edib ki, qurultayda seçkilər, səssayma prosesi tam şəffaf, müşahidəçilərin, jurnalistlərin nəzarəti altında keçiriləcək: “İnternet TV lər vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq. Əminəm ki, Müsavat bu qurultaydan daha da güclənmiş çıxacaq”.