Astarada 16 yaşlı qız özünü asıb

Astarada 16 yaşlı yeniyetmə qız özünü asıb.

Gecə saatlarında Astara rayonunun Şüvi kənd sakini 16 yaşlı B.Qurbanovanın meyiti yaşadığı evin yarım tikilisində asılı vəziyyətdə tapılıb. Yaxınlarının sözlərinə görə, o, ailədə sakit təbiətli biri olub. Dünən gecə hər kəslə sağollaşıb yatmağa gedib. Bir müddət sonra onun otağına girən ailə üzvləri B.Qurbanovanı asılmış vəziyyətdə tapıblar.

Onun intihar etdiyi bildirilir.

Yeniyetmənin hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Qeyd edək ki, o, iki qardaşın bir bacısı olub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Bakının bu ərazisində evlər sökülür

Sonrakı məqalə

Hava şəraiti ilə bağlı əhaliyə