Astaranın Səlivə kəndində məktəb niyə yoxdur? –13 yaşlı məktəbli "biz də insanıq, kömək etsinlər" deyir (VİDEO)

Astaranın Səlivə kəndində məktəb yoxdur.

Azpost.info bildirir ki, bu barədə BBC radiosunun hazırladığı videomaterialda deyilir.

Kəndin yolu olmadığından bura avtobus da işləmir.

Səlivənin 13 yaşlı sakini Zəhra İbrahimova təhsil almaq üçün hər gün qonşu Deqədi kəndinə gedir. Ancaq Zəhra məktəb üçün hər səhər qonşu kəndlərə yollanan yeganə şagird deyil. Bu kənddən onlarla uşaq hər gün təhsil almaq üçün qonşu Deqədi və Şüvi kənd məktəblərinə azı 4 kilometr piyada yol getməli olur.

Məktəblər yay tətilinə bağlansa da, Zəhra hər gün məktəbə necə getdiyini göstərmək üçün bizi təhsil aldığı Deqədi məktəbinə aparır. O, yay tətilində daha çox ailəsinə ev işlərində yardım edir, ancaq dərslərini təkrarlamağa da vaxt tapır.

Zəhra istəyir ki, 7-ci sinifdə nəticələri yaxşı olsun. O həm də, kənd yolunun düzəlməsini və təmirli məktəbdə oxumağı arzulayır.

Əvvəlki məqalə

Yer kürəsi Günəşdən uzaqlaşır –

Sonrakı məqalə

İyulda ünvanlı sosial yardımın məbləği artıb