Aşura ilə bağlı qan verənlərin sayı açıqlanıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları baş tutub.

TƏBİB-dən verilən xəbərə görə, saat 08:00-dan 18:00-a qədər davam edən aksiyada 1 893 nəfər qan verib.

Bakı şəhəri üzrə bu rəqəm 1 295 olub.

Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində isə ümumilikdə 598 nəfər qan verib.

Əvvəlki məqalə

Yaxın 3 gün ərzində hava necə olacaq?

Sonrakı məqalə

“Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiya şəklində davam edir” –