Atası Qəzzada atəşi dayandırmağa çağıran Ancelina Colini axmaq adlandırıb

Amerikalı aktyor, “Oskar” və “Qızıl Qlobus” mükafatı laureatı Con Voyt qızı Ancelina Colinin Qəzza zolağında atəşkəsə çağırdığı bəyanatını pisləyib.

Azpost.info  bildirir ki, bu barədə “İnsider” portalı  xəbər verir.

“Mən çox məyus oldum ki, bir çoxları kimi qızım da Allahın izzətini, Allahın həqiqətlərini başa düşmür. Söhbət Tanrı torpağının, müqəddəs torpaqların, yəhudilərin tarixinin məhv edilməsindən gedir. İsrail ordusu öz torpağını, xalqını müdafiə etməlidir”, – o yazıb.

Voyt deyib ki, İsraildə günahsız uşaqlar, qocalar, ana və atalara qarşı terror olub. “Və siz axmaqlar, problemlərin səbəbkarını İsrail adlandırırsınız? Özünüzə baxıb “mən kiməm?”,”mən nəyəm? sualını verməlisiniz” – dedi.

Ancelina Coli İsraildə baş verənlərə iki dəfə reaksiya verib. Əvvəlcə o, baş verənlərlə bağlı hisslərini və bu qədər günahsız vətəndaşın həyatına son qoyan terror aktı ilə bağlı qəzəbini və ağrısını saxlaya bilmədiyi bir yazı yazıb.

14 milyon abunəçisinə etdiyi ikinci müraciətində aktrisa ritorikasını sərtləşdirərək Qəzzanın “kütləvi məzarlığa” çevrildiyini, İsrailin isə “günahsız mülki insanları bombaladığını” deyib.

“Bu, qaçmağa yeri olmayan tələyə düşmüş əhalinin qəsdən bombalanmasıdır. Qəzza demək olar ki, iyirmi ildir açıq hava həbsxanası olub və sürətlə kütləvi məzarlığa çevrilir. Ölənlərin 40%-i günahsız uşaqlardır. Bütün ailələr öldürülür”, – Coli yazıb.

Əvvəlki məqalə

“Qəzzada HƏMAS-la əlaqəsi olmayan fələstinlilər ölür, heç bir tərəf haqlı deyil” –

Sonrakı məqalə

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar