AVRO-2020-nin final mərhələsinin qrup oyunlarının başlama vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrupda keçiriləcək görüşlər Mərkəzi Avropa vaxtı ilə saat 15:00, 18:00 və 21:00-da başlayacaq. Gələn il iyunun 12-də start götürəcək yarış zamanı Bakı vaxtı ilə Mərkəzi Avropa vaxtı arasında indiki kimi 3 deyil, 2 saat fərqi olacaq. Bu isə o deməkdir ki, qrup mərhələsinin matçların start fiti 17:00, 20:00 və 23:00-da veriləcək. A qrupunun Bakıda təşkil olunacaq üç qarşılaşmasının da başlama vaxtı bəlli olub. Bu görüşlərdən biri - Uels və İsveçrə arasındakı matç 17:00-da başlayacaq. Qonşu Türkiyə millisinin bu yığmalarla oyunları isə 20:00-da start götürəcək. A qrupu. Bakı 13 iyun 17:00. Uels – İsveçrə 17 iyun 20:00. Türkiyə - Uels 21 iyun 20:00. İsveçrə - Türkiyə