Avropa İttifaqı Azərbaycan və Ermənistan XİN başçılarının danışıqlarını alqışlayır

Avropa İttifaqı Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-da keçirilən danışıqlarını alqışlayır.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“ hesabında bildirib.

“Vaşinqtondan ümidverici xəbər var. Avropa İttifaqı 4 günlük danışıqlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin davamlı əlaqəsini alqışlayır. Tərəqqi yalnız dialoq yolu ilə əldə edilə bilər. Biz Ermənistan və Azərbaycan ilə birlikdə olmağa və davamlı sülh axtarışında tərəfdaşlarımızla işləməyə davam edirik”, – deyə o qeyd edib.

Əvvəlki məqalə

Siyavuş Aslanın oğlunun ölüm səbəbi açıqlandı

Sonrakı məqalə

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisə bu vaxt təqdim olunacaq