“Avropa İttifaqı Azərbaycana qarşı sanksiya tətbiq etməyəcək” –BORREL AVROPAYA SƏRT QIŞI XATIRLATDI

“Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar tətbiqini və qaz sazişini ləğv etməyi  nəzərdən keçirmir”.

Azpost.info bildirir ki, bu sözləri Avropa İttifaqının beynəlxalq münasibətlər üzrə Ali komissarı Jozef Borrel Avropa Parlamentinin ötən həftə keçirilimiş iclasında bəyan edib.

Kiprdən olan deputat Kostas Mavridesin “Azərbaycana qarşı sanksiya tətbiq etməyə hazırsınızmı?” sualına Borrelin cavabı belə olub: “Avropa İttifaqının heç bir üzv dövləti belə bir təkliflə çıxış etməyib”.

Borrel bildirib ki, Avropa İttifaqı Bakı ilə qaz sazişi bağlayarkən və İlham Əliyevi etibarlı tərəfdaş adlandırarkən prinsipləri pozmayıb: “Azərbaycan bizə milyard kubmetrlik qaz verir. İmzalanmış sazişə əsasən bu qazın verilməsində əhəmiyyətli artım – 8-12 milyard kubmetr – artım olacaq.  Bu bizə avropalıların bu qışda lazım olan enerjini almağa kömk edəcək”-deyə Borrel vurğulayıb.

Ali nümayəndə deyib ki, Avropa İttifaqı regionda gərginliyin azaldılması və sülhə nail olunması üçün özünün bütün imkanlarından istifadə etməyə hazırdır. Borrel deyib ki, Aİ Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi misisyasını göndərməyə hazırdır. Amma bunun üçün Bakının razılığı lazımdır. “Biz sərhəd boyu Avropa İttifaqının vasitəçi missiyasını yerləşdirməyi təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan yox. Daha nə etməyimizi istəyirsiniz? Biz tərəflərin razılığı olmadan ora ordu göndərə bilmərik axı?!”

Borrel deyib ki, hazırda Avropa tərəfi bu ayın sonunda Brüsseldə sərhədlərin delimitasiyası ilə bağlı erməni-azərbaycanlı komissiyasının növbəti görüşünün baş tutması üzərində çalışır.

Azpost.info

Əvvəlki məqalə

“Tərtər işi” ilə bağlı bəraət almış 18 nəfərin adı və rütbəsi məlum olub

Sonrakı məqalə

“Qarabağ” sabah “Olimpiakos”la qarşılaşacaq