“Avropa İttifaqı Çinlə təmasları davam etdirməlidir”.
Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa səfirlərinin illik konfransında deyib.
Onun sözlərinə görə, bu yolla Rusiyaya dəstəyi məhdudlaşdırmaq olar.
“Çinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi Avropa İttifaqı arasında gələcək münasibətləri müəyyən edəcək. Eyni zamanda Avropa İttifaqı Rusiyaya dəstəyin mümkün qədər məhdud olmasını təmin etmək üçün Çinlə əlaqə saxlamağa davam etməlidir”, – o qeyd edib.
Azpost.info